Hipertoniya, böyrək xəstəliyi və miqreni olanlara çoxlu pendir yemək tövsiyə edilmir. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri doktoru Marqarita Korolyova deyib.

Onun sözlərinə görə, pendirin tərkibində çoxlu miqdarda duz komponentləri var. Bu, həmişə mayenin bədəndə saxlanması, dövran edən qanın həcminin artmasına səbəb olur. Bunlar isə damar divarlarının vəziyyətinə və qan təzyiqinin səviyyəsinə təsir edir.

Böyrək xəstəliyi olan insanlar da bu məhsula qarşı diqqətli olmalıdırlar, çünki pendirdən çox istifadə etdikdə bədəndə maye yığıldığı üçün sidik keçidi pozulur.

Miqrenli insanlara  da pendir yemək məhdud miqdarda icazə verilir.

Hətta heç bir əks göstəriş olmasa belə, bu o demək deyil ki, pendir hər gün süfrədə olmalıdır.

“Qida rasionu kifayət qədər müxtəlif olmalıdır. Bura yalnız heyvan mənşəli deyil, həm də bitki mənşəli məhsullar, daha çox qida lifi və protein mənbəsi olan qidalar da daxil edilməlidir. Pendir həftədə maksimum 3-4 dəfə yeyilə bilər”, - deyə Korolyova vurğulayıb.

Mütəxəssislərin fikrincə, pendir yaxşı protein və kalsium mənbəyidir. Bununla belə, bu məhsul adətən yüksək miqdarda doymuş yağ və duz ehtiva edir ki, bu da qan təzyiqinə mənfi təsir göstərə bilər. Bu o deməkdir ki, pendirli yeməkləri həddən artıq yemək yüksək xolesterin və qan təzyiqinə səbəb ola bilər, bu isə ürək-damar xəstəlikləri riskini artırır.

Gündə 30 qramdan çox pendir yemək tövsiyə edilmir.

Leyla