Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən Foodinfo.az-a verilən xəbərə görə, daxil olan şikayət əsasında, Lənkəran rayonu, Lənkəran şəhəri, Koroğlu küçəsində fəaliyyət göstərən bazarda fiziki şəxs Hüseynov Elşən Mirzə oğluna məxsus toyuq emalı sexində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, etiketlənmə aparılmadan və baytarlıq-sanitariya ekspertizası keçirilmədən məhsulların satışının həyata keçirildiyi, həmçinin avtonom havalandırma sisteminin mövcud olmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.