Mal-qaranın kəsimi zamanı zəruri qaydalar?
✅ Heyvanın saxlanıldığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalı
? Kəsimə aparılan heyvan düzgün daşınmalı
? Baytar mütəxəssis tərəfindən müayinə olunmuş yalnız sağlam heyvanlar kəsilməli
❗ Kəsimxanada baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunmalı
? Kəsimdə istifadə ediləcək ləvazimatlar təmiz olmalı, qəssab sanitar geyim geyinməli
⏩ Kəsilmiş heyvan emalı zamanı ardıcıllıq gözlənilməli
? Əldə olunmuş ətin və heyvanın daxili orqanlarının baytarlıq-sanitar ekspertizası aparılmalı
?️ Saxlanma müddətini artırmaq üçün cəmdək və içalat soyuducuda düzgün dondurulmalı
? Ət və heyvanın daxili orqanları satış müəssisələrinə gigiyenik daşınmalı
? Mal-qara baytarlıq-sanitariya, sanitariya-gigiyena tələblərinə uyğun kəsilməlidir.
? Ətin keyfiyyəti heyvanın növündən, yaşından, cinsindən, köklük dərəcəsindən asılıdır.