Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Tümen vilayəti, Yamalo-Nenets və Xantı-Mansiysk Muxtar Dairələri üzrə İdarəsi hüquqi şəxsə mal-qaranın saxlanması üçün məcburi tələblərin pozulmasının yolverilməzliyi barədə xəbərdarlıq edib.

Foodinfo.az xəbər verir ki, qərar federal dövlət baytarlıq nəzarəti çərçivəsində şöbənin əməkdaşları tərəfindən Tümen vilayətindəki Flaqman QSC-də aparılan yoxlama nəticəsində qəbul olunub.

Belə ki, burada bir sıra qayda pozuntuları aşkarlanıb: müəssisənin ərazisi qismən hasarlanıb, təsərrüfata giriş (çıxış) bina, tikili və ya nəqliyyat vasitələrinin xarici səthlərinin dezinfeksiya edilməsi üçün ərazi ilə təchiz olunmayıb; peyin yerdə saxlanılır; peyin anbarı yoxdur və s.

Yuxarıda göstərilənlər, Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin 21 oktyabr 2020-ci il tarixli 622 nömrəli əmri ilə təsdiq edilmiş "İri-qaraların çoxaldılması, becərilməsi və satışı məqsədilə saxlanılması üçün baytarlıq qaydaları"nın 39, 41-ci bəndlərinin, habelə digər qanunvericilik aktlarının pozulması hesab olunur.