Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Ağsu şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Yaşar Çoban oğlu Məmmədova məxsus “Nicat” marketdə planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyinə dair texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Rəflərin və bəzi məhsulların üstünün toz qatı ilə örtüldüyü, eləcə də yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Marketdəki yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.