2019-cu ilin may ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1534 müraciət daxil olub.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 298-i sertifikatlaşdırma və qeydiyyat, 313-ü idxal-ixrac əməliyyatları, 137-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı Agentliyə 29 müraciət daxil olsa da, onlardan yalnız 17-si öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir.
Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 119-u işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olmuşdur.