Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsinin fəaliyyətinin əsas məqsədi nümunələrin bir mərkəzdə toplanaraq müvafiq laboratoriyalara yönləndirilməsidir. Belə ki, məntəqənin fəaliyyəti idxal, ixrac, monitorinq, planlı və plandankənar yoxlamalar üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı bölmələrinin müfəttişləri tərəfindən, həmçinin fiziki şəxs və ya müstəqil müraciətlər əsasında müayinəsinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun tabeliyində fəaliyyət göstərən laboratoriyalara təqdim olunan nümunələrin qəbulu prosesindən ibarətdir.
Nümunələr “Nümunə qəbulu, saxlanması və kodlaşdırılması proseduru”na əsasən qəbul olunur.
Nümunə qəbulu zamanı nümunələri müşahidə edən müvafiq sənədlər, eləcə də nümunənin laborator analizlər üçün yararlı olub-olmaması yoxlanılır. Nümunə qəbul ediləndən sonra məxfiliyin qorunması məqsədi ilə qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir.