Qeyri-üzvi gübrələr kimi də tanınan mineral gübrələr bitkilərin zəruri qida maddələrini əldə etməsini asanlaşdıran bitki bəsləmə vasitələridir. Bu gübrələr adətən mineral yataqlardan əldə edilir. Mineral gübrələr tərkibində azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir, manqan, sink, mis, molibden, bor, xlor kimi elementləri ehtiva edir. Mineral gübrələrin tətbiqi sayəsində bitkilərin sağlam böyüməsi, məhsuldarlığın artırılması və torpağın münbitləşməsi təmin olunur.
Mineral gübrələrin növləri
Azot gübrələri: Azot bitki orqanizmində vegetativ inkişaf, xlorofil formalaşması və protein sintezi üçün əhəmiyyətlidir. Azotlu gübrələrə Ammonium Nitrat, Karbamid və Ammonium Sulfat daxildir.
Fosforlu gübrələr: Fosfor bitki orqanizmində kök inkişafını, enerji transferini və çiçəklənməni təmin edir. Fosforlu gübrələrə Superfosfat, Üçqatsuperfosfat və Ammonium Fosfat daxildir.
Kalium gübrələri: Kalium su səviyyəsinin tənzimlənməsinə, xəstəliklərə qarşı mübarizə aparmağa kömək edir. Kaliumlu gübrələrə Kalium Xlorid, Kalium Sulfat və Kalium Nitrat daxildir.
Mikroelement gübrələr: Bu gübrələr dəmir, manqan, sink, mis, molibden və bor kimi daha az miqdarda tələb olunan, lakin bitki inkişafı üçün həyati əhəmiyyət kəsb edən mikroelementləri ehtiva edir.
Mineral gübrələrin faydaları
- Mineral gübrələr tərkibinin zənginliyi sayəsində bitkiləri zəruri qida maddələri ilə təmin edir.
- Qida balansının düzgün qarşılanması sayəsində bitkidə toxum əkinindən məhsul yığımına qədər bütün inkişaf mərhələləri qaydasında davam edir.
- Əsas qida maddələrinin optimal miqdarda təmin edilməsi ilə məhsuldarlıq və keyfiyyət səviyyəsi artır.
- Üzvi gübrələrdən fərqli olaraq, mineral gübrələr dəqiq tətbiq normasına və proqnozlaşdırıla bilən nəticələri əldə etməyə imkan verən qida tərkibinə malikdir.
- Mineral gübrələrin düzgün tətbiqi torpaqda çatışmayan qida maddələrinin bərpa olunması ilə münbitliyi qorumağa şərait yaradır.
Mineral gübrələrin tətbiq forması
Mineral gübrələrin tətbiqindən öncə mövcud qida səviyyələrini və xüsusi gübrə ehtiyaclarını müəyyən etmək üçün torpaq analizinin aparılması tövsiyə olunur. Tətbiq zamanı qida maddələrinin balanslaşdırılmış qarışığından istifadəyə üstünlük verilməlidir. Çünki bir qida maddəsinin həddindən artıq istifadəsi digərlərinin tükənməsinə səbəb olur. Nəticədə torpağın quruluşu və tərkibi zədələnir. Mineral gübrələr səpindən əvvəl payızda və erkən yazda şum altına verilirsə, əsas gübrələmə, vegetasiya dövründə kiçik dozalarla verilirsə, əlavə gübrələmə (yemləmə) kimi tətbiq olunur. Ümumilikdə tətbiq proqramı hazırlamaq üçün torpaq analizinin aparılması və aqronom mələhətindən yararlanmaq məqsədəuyğundur.
Mineral gübrələrin satışı
Təsərrüfatlarda, bağ və həyətyanı sahələrdə məhsul yetişdirilməsi zamanı bitkilərin inkişafında vacib rol oynayan mineral gübrə çeşidlərini kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin ölkəmizin müxtəlif bölgələrində yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.
Mineral gübrələri əldə etməyə tələsin!
Mineral şumaltı və torpaq gübrələri
Mineral damlamasuvarma gübrələri