Qida rasionunda yalnız bir məhsuldan istifadəni məzərdə tutan monopəhriz həqiqətən də arıqlamağa kömək edəcək, lakin bədən qidalandırıcı maddələri lazımi miqdarda almayacaq, bu da ümumi sağlamlığa mənfi təsir göstərəcək.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yelena Solomatina xəbərdarlıq edib.
Onun sözlərinə görə, yağda həll olunan vitaminlər var ki, onlar qaraciyərdə toplanır. Amma bəzi vitaminlər (məsələn, C vitamini) orqanizmdə yığılmır. Əgər onlar çatışmazsa, orqanizm müəyyən müddət tab gətirə bilər, lakin uzun müddət yox.
Bununla belə, balanslaşdırılmış monopəhrizlər də var. Məsələn, müxtəlif faydalı maddələrlə zəngin olan qarabaşaq yarması yeyə bilərsiniz. Lakin yalnız toyuq filesindən ibarət qida planı ilə getmək məsləhət deyil. Bu halda bədən kifayət qədər lif qəbul etməyəcək və nəticədə immunitet problemləri yaranacaq.
Nərmin