Moruq mürəbbəsi sevənlər diqqətli olmalıdırlar, çünki onu yemək orqanizminizə ciddi zərər vura, hətta ölümlə nəticələnə bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Olqa Petrova xəbərdarlıq edib.
O vurğulayır ki, moruq mürəbbəsi istilik emalına məruz qalmış giləmeyvədir, içərisində, demək olar ki, heç bir lif qalmır - bişirmə prosesində parçalanır. Moruq hüceyrələrindən olan fruktoza "azadlığa çıxır" və şəkərlə qarışır. Bu, məhsulu insulin dirənci, yəni şəkər xəstəliyi olan insanlar üçün tamamilə yararsız edir.
Mütəxəssis hesab edir ki, hətta kəsmik ilə adi mürəbbə də xoşagəlməz nəticələrə, məsələn, qlükoza səviyyəsinin sürətlə artmasına səbəb ola bilər. Orqanizm buna insulinin ifrazı ilə cavab verir və nəticədə mədəaltı vəzi gücə düşür.
Eyni zamanda, moruq mürəbbəsi dişlərə və patogen mikroflorasını qidalandıran mədə-bağırsaq traktına zərərlidir.
Moruq uşaq və böyüklərdə allergiya və Kvinke ödeminə səbəb ola bilər. Lakin allergiya yoxdursa, uşaqlara gündə iki qaşıqdan çox olmamaqla bu mürəbbədən vermək olar.
Petrova istilik emalına məruz qalmayan mövsümi giləmeyvə yeməyi məsləhət görüb. Dondurulmuş halda da moruq praktiki olaraq faydalı xüsusiyyətlərini itirmir, "təbii aspirin" və antibiotik olaraq qalır.
Diyetoloq Yelena Solomatina isə moruq mürəbbəsinin faydalarından danışaraq onun qızdırma salıcı, qan durulaşdırıcı və iltihab əleyhinə xüsusiyyətlərini qeyd edib.
Solomadina artıq çəkili insanları və bədən quruluşuna diqqət edənləri mürəbbədən imtina etməyə çağırıb.
Fərid