Oğuz rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. Bu günədək 2 min 435 hektar sahənin arpası biçilib, 7 min 256 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 29,8 sentner təşkil edir.
Foodinfo.az xəbər verir ki, bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə Oğuz rayonunda 16 min 135 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 11 min 970 hektarını buğda, 4 min 165 hektarını arpa sahələri təşkil edir. Hazırda sahələrdə 42 kombayn işləyir. Buğda biçininə bir neçə gündən sonra başlanılacaq.
Xatırladaq ki, oğuzlu fermerlər ötənilki mövsümdə 16 min 87 hektar taxıl sahəsindən 49 min 708 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 31 sentner məhsul götürülüb.