“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icra nəticələrinə əsasən Dövlət Proqramının icrası çərçivəsində ölkəmizdə qida təhlükəsizliyi sahəsində infrastruktur əsaslı şəkildə inkişaf etdirilib. Qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılıb, laboratoriya strategiyasının inkişafı məqsədilə diaqnostik qiymətləndirmə hesabatı hazırlanıb. Qida təhlükəsizliyi sahəsində mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılıb, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılıb və maddi-texniki təchizatın təmin edilməsi istiqamətində tədbirlər icra olunub. 4 yeni laboratoriya yaradılıb. Bunlar 3-cü Biotəhlükəsizlik Səviyyəli Mobil Səhra Laboratoriyası, Meyvəli Sınaq Laboratoriyası, Xaçmaz Regional Sınaq Laboratoriyası və Kompleks Tədqiqatlar Laboratoriyasıdır. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası, Milli Referens Laboratoriyasının 1 saylı filialı, Mərkəzi Baytarlıq Laboratoriyası, Mərkəzi Fitosanitar Laboratoriyası, Abşeron Regional Sınaq Laboratoriyası, Göygöl Regional Sınaq Laboratoriyası modernləşdirilib, 7 laboratoriya optimallaşdırılıb. Bəzi bölmələr ixtisar edilib və ya yenidən təşkil edilib.