“Son 4 ay ərzində Azərbaycana qida məhsulları idxal edən şirkətlər üzərində dövlət nəzarəti həyata keçirilərkən 56 şirkətin ölkəyə idxal etdiyi məhsulların təhlükəsiz olduğu məlum olub”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzli qeyd edib ki, 4 ay ərzində həmin məhsulların bütün partiyalarının laborator ekspertizasının nəticələri şirkətlərin etibarlı olduğunu deməyə əsas verir.
Agentlik sədri əlavə edib ki, sabahdan, yəni noyabrın 1-dən etibarən həmin şirkətlərin üzərində dövlət nəzarətinin həyata keçirilməsi məhsulların riskinə görə olacaq: “Yəni, daha aşağı riskli məhsulların laborator müayinəsi, ekspertizası və nəzarətə cəlb olunma tezlikləri daha uzun müddətli, daha yüksək riskli məhsullarınkı isə daha sıx tezliklə həyata keçiriləcək. Bu da imkan verəcək ki, sahibkarlar daha asanlıqla ölkəyə müxtəlif dünya dövlətlərindən qida məhsulları idxal edə bilsinlər. (Report)