Ötən ilin sonunda Rusiyada ən bahalı mallar yumurta, pomidor və armud olub.
Foodinfo.az bildirir ki, bu barədə “RİA Novosti” Rosstat məlumatlarına əsaslanan öz təhlilinə istinadən xəbər verir.
Belə ki, qurumun məlumatına görə, yumurta 61,4%, pomidor 51,1%, armud 48,3% bahalaşıb.
Bundan əlavə, ən sürətli qiymət artımı qeydə alınan ilk beş məhsula üzüm (48,2%) və banan (46,9%) daxildir.