Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal edilən “Ozmo”, “Tutku” məhsullarında bir sıra nöqsanlar – bakteriyalar aşkar edildiyini açıqlayıb. İnsan orqanizmi üçün təhlükəli olan bu məhsulların ticarət şəbəkəsindən yığışdırılması üçün sentyabrın 22-dək vaxt verilib.
Artıq verilən vaxtdan 2 gün keçməsinə baxmayaraq, satışda qeyd olunan məhsullara rast gəlinir. Bəs, uşaqların sevimli dadı olan “Ozmo” və “Tutku”nun məktəb bufetlərində satılmadığına kim təminat verir?
Məsələ ilə bağlı AQTA-nın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-a açıqlama verib.
O qeyd edib ki, bununla bağlı ticarət şəbəkələrində monitorinqlər aparılır:
“Məsələyə nəzarət olunur”.