Son dövlərdə palma yağnın zərərli olması barəsində fikirlər səslənir. Foodinfo.az bu yağ haqqında qısa araşdırmanı təqdim edir: Palma yağı palma ağacının meyvəsindən əldə edilən qatı bitki yağıdır. Palma yağı əsasən yemək yağı kimi istifadə olunur. Dizel və ya biodizel istehsalında istifadəsi geniş yayılıb. İndoneziya, Malayziya, Qərbi və Orta Afrika məşhurdur. Yağlı meyvənin ətli hissəsindən (yağlılıq nisbəti 50%) alınır. Meyvənin toxumundan əldə edilən və laurie turşu (40- 52 %) faizi yüksək olan yağ isə palma toxumu yağı olaraq tanınır. Palma meyvəsi xüsusilə məhsul və emal zamanı qüvvətli enzimatik hidroliz reaksiyalara məruz qaldığı üçün bir çox hallarda sərbəst yağ turşusu 50 faizə qədər yüksəlir. Keyfiyyətli meyvələrdən əldə edilən yağın tərkibində isə bu faiz aşağıdır. Bəzi qida mütəxəssiləri palma yağının istifadəsini doğru hesab etmir. Bunu yağın tərkibindəki turşuların insan bədəninin tempraturunda həll olmaması ilə əlaqələndirirlər. Çünki yağın tərkibində 38-52 faiz oleik, 5-11 faiz linoleik turşusu var. Allergik xəstəlikləri olanlara, hamilə və südəmizdirən qadınlara palma yağından istifadə edərkən həkimləri ilə məsləhətləşmək tövsiyə edilir. Palma yağının tərkibində çoxlu miqdarda doymamış yağlar var. Alimlər çoxlu miqdarda palma yağından istifadə edənlərə ürək-damar xəstəlikləri riskinin çox olduğunu söyləyirlər. Palma yağı orqanizmə daxil olduqdan sonra xaric olma prosesi ləng getdiyinə görə orqanizmdə şlakların yığılıb qalmasına səbəb olur. Palma yağından uzun müddət istifadə etmək xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər. Aysel