Pəhriz qida məhsullarının etiketlənməsi zamanı etiketin üzərində və ya açıq, qabsız daşınan mallarda qoşma sənədlərinin mətnində müvafiq məlumatlar göstərilməlidir. Pəhriz qida məhsullarının etiketlənməsində əlavə olaraq təyinatı və istifadə qaydaları, əks göstərişlər də qeyd olunmalıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a 2 nömrəli əlavədə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) bildirilir. Həmçinin sənəddə qeyd edilir ki, altı aylığa qədər körpələr üçün nəzərdə tutulmuş pəhriz qidalarında məhsulun məqsədli təyinatı barədə dəqiq göstərişlər, onun tərkibi, xüsusiyyətləri və istifadəsi üzrə məsləhətlər, eləcə də istifadəsi məsləhət görülən yaş qrupları və istehlak qablaşdırması açıldıqdan sonra saxlama müddəti və şəraiti ilə bağlı tələblər göstərilməlidir.
Qeyd edək ki, profilaktiki və müalicəvi məqsədlər üçün istifadə edilən xüsusi qida məhsulları pəhriz qida məhsullarıdır.