Prezident İlham Əliyev Qoşqar Təhməzlinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Qoşqar İlahi oğlu Təhməzli Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib. Foodinfo.az-ın məlumatına görə, Q.Təhməzli 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur, tibb elmləri üzrə fəlsəfə doktorudur. Qoşqar Təhməzli Prezident İlham Əliyevin bu il iyunun 16-da imzaladığı sərəncamla  “Tərəqqi”  medalı ilə təltif olunub. O, Medeks MMC-nin rəhbəri olub. Şirkət öz fəaliyyətini əsasən 3 istiqamətdə qurub: Müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması; Kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması; Müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması. Foodinfo.az