Kaliforniyanın San Xose şəhərində 40 yaşlı Laura Barajas tilapiya balığı yedikdən sonra təhlükəli bakterial infeksiyanın qurbanı olub.
Bu infeksiya çiy və ya az bişmiş balıq vasitəsilə ötürülə bilər. Laura yerli bazardan tilapiya alıb, bişirib yeyib. Tezliklə onun vəziyyəti kəskin şəkildə pisləşib.
Həkimlər inkişaf edən sepsis və böyrək çatışmazlığı səbəbindən Lauranın dörd əzasını amputasiya etmək məcburiyyətində qalıblar.
Yoluxucu xəstəliklər üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, Vibrio vulnificus bakteriyası immuniteti zəif olan insanlar üçün xüsusilə təhlükəlidir.
Məlumata görə, Lauranın ailəsi və dostları GoFundMe vasitəsilə tibbi xərclər üçün 95.000 dollardan çox pul toplayıblar.
Fərid