Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur və Yeni Günəşli qəsəbələrində keçirilmiş reydlər zamanı fiziki şəxslər Ələkbərov Teymur Fərrux oğluna, Allahverdiyev Nicat Mehdi oğluna, Ağayev Əkbər Allahverdi oğluna, Hacıyev Araz Əvəz oğluna, Aydınov Qərib Koroğlu oğluna, Baxşalıyev Elgiz Habil oğluna, Mehdiyev Mübariz Məcid oğluna və Hüseynzadə Səlim Əsgər oğluna məxsus məntəqələrdə baytarlıq nəzarəti aparılmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 2 məntəqədə kəsim üçün nəzərdə tutulan metal konstruksiyalar sökülüb, kəsimlə məşğul olan şəxslərə maarifləndirici məlumatlar verilib. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. [gallery ids="48310,48311,48312"]