Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

 Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, 9 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, İsmayıllı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 8 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa olunmuş qurğu sökülüb.