Səhv qidalanma qaraciyərin sağlamlığına ciddi zərbə vuraraq onun hüceyrələrini məhv edə bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq Valeriya Lomova xəbərdarlıq edib.
Onun sözlərinə görə, fibrozun inkişaf riski təkcə alkoqolun müntəzəm istifadəsi ilə deyil, həm də tərkibində heyvani yağların yüksək olduğu qidaların qəbulu ilə artır.
“Bura kərə yağı, piy, marqarin, kolbasa, sosiska, yağlı ətlər (qoyun, donuz, ördək, qaz), tortlar, un məmulatları, yarımfabrikatlar və "fast food" daxildir”, - deyə mütəxəssis qeyd edib.
Bədən üçün təhlükə yaradan digər məhsul şəkərdir. Əgər tez-tez şirniyyat yeyirsinizsə, qanda qlükoza səviyyəsinin artması qaraciyər piylənməsinə səbəb olur. Buna görə də qazlı içki, şokolad, şirə və digər desertləri rasionda mümkün qədər az olmalıdır.
Konservləşdirilmiş və yarımfabrikat qidalar da qaraciyərin sağlamlığına mənfi təsir göstərə bilər, çünki bu məhsullarda çox miqdarda duz, konservant və stabilizatorlar var.