Qarpız yedikdən sonra yaranan şişkinlik ürək və ya böyrək xəstəliyinin əlaməti ola bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə lkin tibbi yardım üzrə mütəxəssisi Andrey Tyajelnikov xəbərdarlıq edib.

Onun sözlərinə görə, diabet və mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar qarpız yeməməlidirlər. Hamilə qadınlar da digər yay giləmeyvələrinə üstünlük verməlidirlər. Böyrək daşlarının əmələ gəlməsinə meylli və ya sidik-cinsiyyət sistemində pozğunluqları olan xəstələrin də qarpızdan uzaq durması daha yaxşıdır.

"Əgər insan qarpız yedikdən sonra şişirsə, həkimə müraciət etməlidir", - deyə Tyajelnikov vurğulayıb.

Nərmin