Müəsisələrdə istehsal olunan qida məhsullar ekspertizaya cəlb olunacaq.
Foodinfo.az-ın xəbərinə görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qida məhsulları risk səviyyəinə görə 3 kateqoriyaya bölünür. Yüksək, orta və aşağı risk kateqoriyasına uyğun olaraq qida məhsulları ekspertiza olunacaq.
Belə ki, risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılacaq və nəticəyə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı veriləcək.
Kərim