Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində maarifləndirmə xarakterli monitorinqlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi məqsədi daşıyan monitorinqlər çərçivəsində qurumun mütəxəssisləri “Kürdəmir Süd Emalı Zavodu” MMC-də olublar.
Müəssisə əməkdaşlarına süd və süd məhsullarının qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsi olduğu və bu istiqamətdə təhlükəsizliyin təmin olunması ilə bağlı qarşıya qoyulan tələblər haqqında geniş məlumat verilib.
Müasir standartlara cavab verən, rəqabətə davamlı süd məhsullarının istehsalı, tədarükü, qablaşdırılması və satışının təşkilində istehlakçı hüquqlarının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğu vurğulanıb. Monitorinq zamanı müəssisə əməkdaşlarına məlumatverici təlimatlar təqdim olunub.