Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətləri artırılıb.
Foodinfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 931 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.
Beləliklə, (AQTA) iyulun 1-dən yodlaşdırılmış duzun keyfiyyət və təhlükəsizlik göstəricilərinin standartlar və tələblərə uyqunluğunu müəyyən etmək məqsədi ilə duzdan götürülmüş nümunələrin ekspertizasını həyata keçirəcək.
Bundan əlavə, taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatını da Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Bu da dövlət başçısının “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 959 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalamısıyla mümkün olub.
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb