Avropa Qida İnformasiya Şurası (EUFIC) Serbiyanın Belqrad şəhərində Avropa Qida Cəmiyyətləri Federasiyası (FENS) tərəfindən təşkil edilən 14-cü Avropa Qidalanma Konfransında qida təsili üzrə təlim keçirəcək.
Qida və sağlamlıq sahəsində savadlılığı artırmaq və Avropa vətəndaşlarını düzgün qərar qəbuluna təşviq etmək məqsədilə təşkilatın əməkdaşları öz uğur hekayələrini iştirakçıların diqqətinə çatdıracaq.
Konfransda 10 tematik istiqamət üzrə araşdırma təqdim edəcək və müzakirəyə çıxarılacaq. Qidalanma, maddələr mübadiləsi və xroniki xəstəliklər, fərdi qidalanma; Qidalanma və ətraf mühit, qidalanmanın mədəni, sosial və davranış aspektləri mövzularında çıxışlar olacaq.
Nurlan