Rusiya Kinologiya Federasiyasının prezidenti Vladimir Qolubev itlər üçün zərərli olan piknik məhsullarından danışıb.
Foodinfo.az bildirir ki, Radio 1-ə müsahibə verən mütəxəssis odda bişmiş ətin itdə zəhərlənməyə səbəb ola biləcəyini izah edib. Bundan əlavə, soğan və sarımsağın tərkibində ev heyvanı üçün zərərli maddələr var.
O, əlavə edibki, sümüklər, xüsusilə boru şəklində olanlar it üçün zərərlidir. Yağlı qidalar, həmçinin şirniyyatlar, xüsusən şokolad, qoz-fındıqlı şirniyyatlar pankreatitə səbəb ola bilər.
Kinoloqun sözlərinə görə, üzüm, nar kimi bəzi meyvələr heyvanın böyrəklərinə, ürəyinə və mədə-bağırsaq traktına zərərlidir.
Nərmin