Gələn həftədən ölkədə fəaliyyət göstərən ixracatçı sahibkarlarla görüşlərə başlanılacaq". Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, Agentliyin vasitəsilə idxal prosesindəki risklərin aşağı salınması və əhalinin  sağlamlığına təsir göstərəcək qida məhsulları ilə bağlı problemlərin aradan qaldırılması vacib şərtdir. Agentlik sədri bildirib ki, ölkədə fəaliyyət göstərən şirkətlərin ixracatını lazımi səviyyədə həyata keçirməsi üçün onlara yardım göstərilməlidir: "Bu barədə Prezidentlə bugünkü görüşdə ətraflı danışılıb. Biz daim sahibkarların yanında olmalıyıq". (Report)