Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyədə satışına qadağa qoyulan bəzi qida məhsullarının ölkəyə gətirilib-gətirilməməsi barədə suallara cavab verib.
Sədr qeyd edib ki, həmin qida məhsullarının Azərbaycana gətirilməsi ilə bağlı ölkədə müvafiq qurumlarla əlaqə saxlanılıb. O vurğulayıb ki, həmin siyahıda olan məhsulların Azərbaycanda satışı yoxdur: "Azərbaycanın Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyindən bizə daxil olan məlumatına görə, idxal prosesində həmin şirkətlərin heç biri təmsil olunmayıb. Buna baxmayaq ticarət şəbəkələrində monitorinq həyata keçirildi və satış qeydə alınmadı". (Report)