Yaponiyanın İbaraki əyalətindəki bir fermada quş qripinə görə 72 min ev quşunun məhv ediləcəyi açıqlanıb.
Ötən həftə Yaponiyanın Saqa əyalətindəki fermada quş qripinin H5 mutasiyası aşkar edildikdən sonra epidemiya ölkənin başqa əyalətinə də keçib. İbaraki əyalət administrasiyasından verilən açıqlamada, Kəsəmə şəhərindəki quşçuluq fermasında kütləvi quş qripinə yoluxma hallarının aşkarlandığı bildirilib. Müəssisədə ölü tapılan toyuqlar üzərində aparılan testlərdə quş qripinin H5 mutasiyasının aşkar edildiyi qeyd edilərkən, 72 min ev quşunun məhv ediləcəyi bildirilib. Karantin tətbiq edilən fermanın 10 kilometr radiusunda yerləşən ərazi məhdud hərəkət zonası elan olunduğu halda, 3 kilometr radiusda yerləşən təsərrüfatlardan toyuq və yumurta daşımalarının ehtiyat məqsədi ilə dayandırıldığı açıqlanıb.
Qeyd edək ki, ötən il Yaponiyanın 26 prefekturasını əhatə edən quş qripi epidemiyası səbəbindən rekord sayda 17 milyon ev quşu məhv edilib.
Leyla