Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan ölkəyə idxal olunmuş qırmızı kürünün laboratoriya monitorinqi zamanı pozuntular aşkarlayıb.
Bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Ermənistanın “Maks Fiş” şirkətinin istehsal etdiyi məhsulun tərkibində bağırsaq çöpü bakteriyası aşkar edilib. Bununla əlaqədar həmin müəssisədən kürü tədarükünə müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb.