Ukraynanın paytaxtı Kiyevdə şaurmadan zəhərlənənlərin sayı 83 nəfərə çatıb.
Bu barədə Ukrayna Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Zəhərlənənlərdən 12-si uşaqdır. Zəhərlənməyə səbəb olan obyektlərdə aparılan araşdırmalardan sonra lazımi sənədləri olmadığına görə onların hamısı bağlanıb.
Qeyd edək ki, zəhərlənmə hadisəsi Kiyevin müxtəlif bölgələrində baş verib.
Faktla bağlı cinayət işi açılıb.