Çin hüquq-mühafizə orqanları cari ilin yanvar ayından may ayınadək saxta qida məhsullarının istehsalı və bazara çıxarılmasında şübhəli bilinən təxminən 8,5 min nəfəri həbs edib. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, polis müvafiq dövr ərzində ölkədə dövlət standartlarına uyğun olmayan malların yayılmasına görə təxminən 3,8 min gizli fabrik, anbar və qeyri-leqal məntəqələri aşkar edərək ləğv edib. Ərzaq təhlükəsizliyi normalarının pozulması faktı üzrə ümumilikdə 4,5 min cinayət işi açılıb. Çin qanunvericiliyinə əsasən, təhlükəli ərzaq məhsullarının istehsalı və satışına görə cərimə və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Ağırlaşdırıcı hallarda bu cəzalar ölüm hökmü və əmlakın müsadirə edilməsi ilə əvəz edilə bilir. (Report)