"Məhsulların üzərinə "halal" sözü dini mərkəzin etiketi altında yazılmalıdır." Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib. A.Paşazadə bildirib: "Telekanallarda kolbasanı tərif edirlər ki, halaldır. Əgər halaldırsa, etiraz etmirik. Biz komissiya yaratmışıq ki, gedib yerində yoxlasınlar, şəriətə uyğun hazırlanıbsa, halal adı verilsin. Ancaq hələ indiyə qədər belə müraciət olmayıb. "Halal" sözü dini mərkəzin etiketi altında yazılmalıdır, lakin bu sözü hər yerdə yapışdırırlar. Yapışdırsınlar, amma bu yoxlanılmalıdır. Bu halallığı kim təsdiq edir?" (Unikal.org)