Səyyar kəsim məntəqəsi səyyar (mobil tipli) baytarlıq-sanitariya ekspertizası laboratoriyası ilə təmin olunmalıdır. Bu laboratoriyada müvafiq avadanlıq və reaktivlərin olması zəruridir. Kəsilən heyvanlardan və ya quşlardan götürülən nümunələr səyyar fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertizası laboratoriyasında laborator müayinələrə cəlb edilməlidir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, səyyar kəsim məntəqəsinin köçürülməsi zamanı son mexaniki təmizlik və dezinfeksiya işləri həyata keçirilməlidir.
Qeyd edək ki, səyyar kəsim məntəqəsi kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında, Qurban bayramı yaxud digər xüsusi tədbirlər həyata keçirilən günlərdə baytarlıq-sanitariya və zoogigiyena normalarına və qaydalarına uyğun olaraq müvəqqəti heyvan və quş kəsimi üçün yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilmiş yerdə qurulan qurğudur.