Tez-tez şirin çay içmək insana xeyirdən çox zərər verə bilər. Zərərsiz görünən bu içki çəkini artırmaqdan əlavə, həm də mədəaltı vəzi yükləyir.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Anjelika Düval xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, çayda həll olunan şəkər onun miqdarını düzgün qiymətləndirməyə imkan vermir ki, bu da şəkərin normadan artıq qəbul olunmasına gətirib çıxarır. Yaranan artıq qlükoza isə yağa çevrilir.

"Orqanizmin şəkərə ehtiyacı yoxdur. Orqanizm bunu mənfi qəbul edir, biz birdəfəlik qida qəbulu zamanı bu qədər karbohidrat almağa öyrəşməmişik. Üstəlik, şəkər nazofarenksin iltihabına, disbakterioza səbəb olur", - deyə Düval vurğulayıb.

Leyla