“Tesco” şirkəti etiket yalnışlığına görə qida məhsullarını geri çağırıb. Foodinfo.az xəbər verir ki, şirkətin “Tikka Masala” brendi altında istehsal etdiyi şirin kartof və noxud məhsulunun tərkibində süd olması ilə bağlı məlumat etiketdə öz əksini tapmayıb. Bu isə süd məhsularına qarşı allergiyası olan insanlar üçün təhlükə yarada bilər.
“Tesco” bunu nəzərə alaraq satış üçün göndərilmiş məhsulları bazardan geri çağırıb.
Məhsulu alan və həssas qrupa daxil olan insanlara isə xəbərdarlıq edilərək onu təcili geri qaytarmaq xahiş edilib.
Nurlan