Müasir dövrdə bir çoxları sağlam həyat tərzini təbliğ edirlər. Lakin buna əməl etməyə, şirniyyat, tort və "fast food"dan imtina etməyə hər kəs tələsmir. Zərərli və şirin qidalara qarşı zəiflik nədən qaynaqlanır?
Foodinfo.az xəbər verir ki, bu sualı psixoloq və geştalt-terapevt Mariya Kvartalnova cavablandırıb.
Onun sözlərinə görə, belə məhsullar dofamin istehsalına görə bizi daha xoşbəxt edir. İnsanlar sevinirlər və xoş hisslər dalınca gedərkən sevimli yeməklərindən həddən artıq çox istifadə etməyə başlayırlar.
Psixoloqun sözlərinə görə, yağlı, şirin yeməklərə can atmaq qarşılanmamış ehtiyacları da göstərə bilər. Ağır yeməklər toxluq və aramlıq hissi verir, şirniyyatlar isə sevinc və təhlükəsizlik vəziyyəti yaradır, narahatlığı boğur.
Lakin məmnunluq və xoşbəxtlik hissi tez keçir, bu cür qidaların zərəri isə qıcıqlanma və depressiyaya səbəb olur. Kvartalnova sevdiyiniz tortdan bir dilim dadmaq istədiyiniz zaman emosiyalarınızı izləməyi tövsiyə edir: zərərli məhsulu niyə yeməyə ehtiyac hiss etdiyinizə diqqət yetirin.
Mütəxəssis əlavə edib ki, bir çox insanlar bu asılılığın səbəbini bilir, lakin mübarizə aparmırlar.
Bundan əlavə, zərərli yeməklərə olan həvəs sağlamlıq problemlərinin yarandığını göstərə bilər. Ona görə də, terapevt və endokrinoloqa müraciət etmək daha yaxşı olar.