Çox soyuq qidaları yemək həzm prosesinin pozulmasına və xroniki iltihaba, həmçinin ürək tutmasına səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq, diyetoloq, tibb elmləri namizədi İrina Berejnaya "Sputnik" radiosuna müsahibəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, əgər siz daim soyuq bir şey yeyirsinizsə, bu, fermentativ proseslərin,  (fermentlərin sərbəst buraxılması proseslərinin) pozulmasına səbəb olacaq. Fermentlər müəyyən temperatura çatmadıqda aktivləşmirlər. Bu isə, xroniki iltihaba səbəb ola bilər.

Həmçinin, tez-tez soyuducudan yemək yediyinizdə ağız boşluğunda, mədə və bağırsaqlarda mikrob spektri pozulur. Məsələ burasındadır ki, bu mikroorqanizmlər bioloji olaraq müəyyən edilmiş temperaturun olduğu mühitdə yaşaya bilməzlər. Soyuq yağlı yeməklər isə bağırsaq tıxanmasına səbəb ola bilər. Bu, xüsusilə quzu ətindən hazırlanan yeməklərə aiddir.

Yay istisindən xilas olmağa otaq temperaturunda maye kömək edə bilər. Hətta isti çay da içə bilərsiniz - bu zaman bədən çox istilik verəcək və tez soyuyacaq.

Natəvan