ABŞ-ın “HMC Group Marketing Inc” şirkəti ölkə daxilində paylanmış meyvə məhsulları üçün geri çağırış elan edib.

Qida və Dərman İdarəsi tərəfindən dərc edilən şirkətin geri çağırma bildirişinə görə, meyvə ilə əlaqəli listeria monocytogenes infeksiyasının təsdiqlənmiş 11 hadisəsi var.

Şirkət 1 may - 15 noyabr 2022-ci il və 1 may - 15 noyabr 2023-cü il tarixləri arasında satılan meyvələri geri çağırır. Bildirilir ki, geri çağırılan meyvə artıq pərakəndə mağazalarda olmasa da, istehlakçılar onları sonradan istifadə etmək üçün evdə dondurmuş ola bilər. İstehlakçılardan geri çağırılan meyvənin olub-olmadığını dondurucularında yoxlamaq, onu istehlak etməmək və atmaq tövsiyə olunur.

Qeyd edək ki, listeria monocytogenes ilə çirklənmiş qidalar xarab görünməyə bilər. Lakin ciddi və bəzən həyat üçün təhlükəli infeksiyalara səbəb ola bilər.

Leyla