Düzgün qidalanmaya riayət edən insanlar taxıl məhsullarını rasiondan xaric edilməli olduğunu düşünürlər, lakin bu fikir yanlışdır.
Foodinfo.az xəbər verir ki, bu barədə TSN24-ə dietoloq-endokrinoloq Yuliya Buryakova məlumat verib.
O izah edib ki, taxıl məhsulları insanlar üçün sağlam və zəruri qidadır. Taxıllar çoxlu sayda vitamin və mikroelementlərlə, o cümlədən B vitaminləri, bitki mənşəli protein, dəmir, kalium və manqanla zəngindir.
"Lakin hər şeyin qədəri var - dənli bitkilərin miqdarı kompleks karbohidratların gündəlik normasına uyğun olmalıdır. Gündəlik qida rasionumuzda karbohidratlar 45-50% təşkil etməlidir. Təbii ki, biz bu normanı təkcə taxıl məhsullarından deyil, digər qidalardan da əldə edirik: kartof, bərk sort makaron, dənli bitkilər və digər məhsullardan. Daha dəqiq desək, gündə təxminən 150 qram taxıl istehlak etmək olar”, - deyə Buryakova qeyd edib.
O vurğulayıb ki, dənli bitkiləri hətta yemək əks göstəriş olan kəslər də az miqdarda onlardan yeməlidirlər. Qlütenə qarşı dözümsüzlükdən əziyyət çəkənlər isə buğda, çovdar, arpa və yulafın bütün növlərini rasiondan çıxarmalıdırlar. Taxılların qalan hissəsindən isə istifadə edə bilərlər. Bu vəziyyətdə "ləğv etmirik, əvəz edirik" prinsipi işləyir.