"Ümumrusiya Mexanikləşdirmə İnstitutu" Federal Elmi Aqromühəndislik Mərkəzinin alimləri Rusiya Elmlər Akademiyasının Ümumi Fizika İnstitutunun həmkarları ilə birgə tərəvəz bitkiləri, kartof və almalar yığıldıqdan sonra onlardakızədə və xəstəliklərin sürətli diaqnostikası üçün nəzərdə tutulmuş innovativ optik sistem hazırlayıblar. 

Foodinfo.az TASS-a istinadən xəbər verir ki, yeni cihaz avtomatik rejimdə işləyir, lazer və spektral texnologiyalardan istifadə edir.

O, meyvə qüsurlarının təsvirlərinin məlumat bazasına malikdir, bu isə hər bir məhsul üçün xəstəliyin dəqiq müəyyən edilməsinə imkan verir.