Ana təbiətdə öz-özünə yetişən bitkilərdən tutmuş, təsərrüfatlarda yetişdirilən məhsullara qədər hər bir bitkinin inkişafı torpaqdan birbaşa asılıdır. Belə ki, bitkilər zəruri olan su və qida maddələrini kökləri vasitəsilə torpaqdan əldə edir. Bunun üçün isə müvafiq torpaq sahəsinin münbit və əlverişli mühitə sahib olması vacibdir. Digər tərəfdən məhsul yetişdirilməsi zamanı düzgün əkin və qulluq qaydalarına da yaxından bələd olmaq faydalıdır. Təsərrüfat işləri ilə məşğul olan hərkəsin torpaq haqqında bilməli olduğu vacib anlayışlardan biri torpağın pH səviyyəsidir. 

 

Torpağın pH səviyyəsi nədir?

 

Torpağın pH səviyyəsi torpağın turşuluğunun və ya qələviliyinin göstəricisidir. Belə ki, torpaqda OH- ionlarının çox olması torpağın qələvi olduğunu, yəni pH səviyyəsinin yüksək olduğunu göstərir. Torpaqda H+ ionlarının çox olması isə torpağın turşu olduğunu, yəni pH səviyyəsinin aşağı olduğunu göstərir. Torpağın pH səviyyəsi 0-14 arasında qiymətləndirilir. Bitkilər üçün torpağın optimal pH səviyyəsi 6,6-7,3 aralığı hesab olunur. Bu cür torpaqlar neytral torpaqlar adlanır. pH səviyyəsi 7-dən aşağı olanlar turşu torpaqlar, 7-dən yuxarı olanlar isə qələvi torpaqlar olaraq qiymətləndirilir.

 

Torpağın pH səviyyəsi necə tənzimlənir?

 

Təsərrüfat sahəsinin pH səviyyəsini müvafiq göstəricini ölçən cihazla yaxud aqronomların tövsiyə etdiyi xüsusi metodlarla müəyyənləşdirə bilərsiniz. Əsasən ərazidə cihaz vasitəsilə qeydiyyat aparmaq məsləhət görülür. Torpaq sahəsinin bir neçə bölgəsində ölçüləri həyata keçirmək tam şəkildə nəticələrə əmin olmaq üçün faydalı olacaqdır. Nəticədən asılı olaraq ərazidə işlər həyata keçirilməyə başlanılır. pH səviyyəsini tənzimləmək üçün üzvi maddələrdən, əhəngdən, kükürddən, torpaq tənzimləyicilərindən, təyinatı üzrə gübrələrdən və s. istifadə edilə bilər.

 

Torpaqda pH səviyyəsi yüksək olduqda nə baş verir?

 

Torpaqda yüksək pH səviyyəsi bitkilərin böyüməsi və torpağın sağlamlığı üçün ciddi problemlər yarada bilər. Buna baxmayaraq, torpağın pH-ını azaltmaq və məhsullar üçün daha əlverişli mühit yaratmaq mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi pH səviyyəsi 7-dən çox olan torpaqlar qələvi torpaqlar olaraq tanınır. Torpağın qələviləşməsi dəmir, manqan, sink, mis və bor kimi mikroelementlərin daha az həll olmasına və bitkilər üçün əlçatanlılığının azalmasına gətirib çıxarır. Bu isə bitkilərdə yarpaqların saralmasına, inkişafın ləngiməsinə və məhsuldarlığın zəifləməsinə səbəb ola bilər.

 

Torpaqda yüksək pH səviyyəsini necə aşağı salmaq olar?

 

Torpağın pH səviyyəsinin azaldılması üçün torpaq növünə, yetişdirilən məhsulun ehtiyaclarına uyğun addımların atılması məqsədəuyğundur. Torpaqda pH səviyyəsini azaltmaq üçün kükürd kimi turşulaşdırıcı maddələrdən, ammonium əsaslı gübrələrdən, turşulu suvarma suyundan istifadə edilə bilər. 

 

Torpaqda pH səviyyəsi aşağı olduqda nə baş verir?

 

pH səviyyəsi 7-dən aşağı olan torpaqlarda turşuluq səviyyəsi yüksək olur. Beləliklə, bu kateqoriyaya daxil olan torpaqlarda fosfor, kalsium və maqnezium kimi elementlərin miqdarı da aşağı olur. Turşu torpaqlar bitki köklərinə zərər toxundurur, onları xəstəliklərə qarşı həssaslaşdırır, su və qida maddələrinin effektiv şəkildə udulması qabiliyyətini azaldır.

 

Torpaqda aşağı pH səviyyəsini necə artırmaq olar?

 

Torpaqda pH səviyyəsini artırmaq üçün əhəngdən istifadə tövsiyə olunur ki, bu da öz növbəsində torpağın turşuluğunu neytrallaşdırır. Odun külünün tətbiqi də məqsədəuyğundur ki, tərkibində kalsium karbonat və torpağın pH səviyyəsini yüksəltməyə kömək edən digər minerallar var. Bundan başqa, ammonium sulfat və karbamid kimi turşu əmələ gətirən gübrələrdən istifadə etməmək məsləhətlidir. Nitrat əsaslı gübrələrin istifadəsi pH səviyyəsinin aşağı düşməsinin qarşısını almağa kömək edə bilər.

 

Torpaqda pH səviyyəsini tənzimləyən vasitələrin satışı

 

Təsərrüfat sahələrindən bol və keyfiyyətli məhsul yığımı üçün xüsusilə torpağın pH səviyyəsini nəzərə alaraq, əkin işlərini həyata keçirmək vacibdir. Təsərrüfat sahələrinizdə torpağın pH səviyyəsini tənzimləyən torpaq tənzimləyicilərini, gübrələri və digər vasitələri ölkəmizdə kənd təsərrüfatı məhsullarının satışı üzrə ixtisaslaşan gubre.az aqrar ticarət şəbəkəsinin müxtəlif bölgələrimizdə yerləşən 200-dən çox satış nöqtəsindən əldə etmək mümkündür.

 

Nitric Acid Brenntag

Terra- Sorb Complex
Fosfor Turşusu Prayon

Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az vebsaytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin bitki qoruma bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.