SM-Clinic-in kardioloqu Anna Biryukova bildirib ki, ürək-damar sistemi xəstəliklərinin qarşısının alınmasında ən mühüm amillərdən biri düzgün qidalanmadır.
İlk növbədə trans yağlar (marqarin,, kakao yağı və süd yağ əvəzediciləri), fast food (kartof qızartması, qəlyanaltılar, burger, popkorn), qənnadı məmulatları (şokolad, tortlar, peçenye, konfet) olan qidaların istehlakını azaltmalısınız.
Onun sözlərinə görə, trans yağlar, eləcə də doymuş yağlar qanda “pis” xolesterinin səviyyəsini artırır. Doymuş yağlar yağlı pendirlər və yağlı kəsmik, ət (donuz əti), qənnadı məmulatları və bitki yağları - xurma və kokos kimi qidalarda olur.
Biryukova qeyd edib ki, bununla yanaşı, istehlak edilən duz və şəkərin, həmçinin dad artırıcı, konservant, stabilizator və digər zərərli komponentlər olan emal olunmuş ət məhsullarının və yarımfabrikatların səviyyəsini azaltmaq lazımdır.
Nurlan