Türkiyədən ikinci partiya toyuq yumurtası Rusiyaya gətirilib. Foodinfo.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

Yanvarın 5-də Rusiyaya sonrakı satış üçün Türkiyədən 19,36 ton (316,8 min ədəd) həcmində yeməli yumurtanın ikinci partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə idxal edilib.

Qeyd olunur ki, “Rosselxoznadzor” Rusiyaya türk yumurtalarının tədarükünə nəzarət edib.

Fərid