Yeni bir araşdırmaya görə, ultra emal olunmuş qidaların istehlakı nə qədər çox olarsa, xərçəng, diabet və ürək xəstəlikləri də daxil olmaqla xroniki xəstəliklərdən əziyyət çəkmə riski bir o qədər yüksəlir.

Foodinfo.az xəbər verir ki, Xərçəng üzrə Beynəlxalq Agentlik Beynəlxalq Dünya Xərçəng Araşdırma Fondunun maliyə dəstəyi ilə Xərçəng və Qidalanma üzrə Avropa Prospektiv Tədqiqatını təqdim edib.  

Tədqiqatda 7 Avropa ölkəsindən 266,666 kişi və qadın iştirak edib. Tədqiqatçılar aşkar ediblər ki, emal edilmiş qidalar xərçəng, diabet və ürək xəstəliyinə səbəb olur.  

Qeyd edək ki, ultra emal olunmuş qidalara fast food, dəyişdirilmiş nişasta, hidrogenləşdirilmiş yağlar, olan əlverişli hazır yeməklər, sənaye üsulu ilə hazırlanmış qidalar aid edilir. Eyni zamanda sərinləşdirici içkilər, emal olunmuş ət, əvvəlcədən hazırlanmış dondurulmuş yeməklər buna misaldır.

Leyla