Bal tərkibindəki müxtəlif qida maddələrinə görə mürəkkəb məhsul sayılır və uşaqlara verilməməlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Natalya Kruqlova xəbərdarlıq edib. 

Onun sözlərinə görə, bu dadlı məhsulda uşaqlar arasında geniş yayılmış allergen hesab olunan çiçək tozunun (polen) izləri ola bilər.

"Uşağın çiçək tozuna qarşı allergiyası varsa, az miqdarda bala belə, xoşagəlməz reaksiya yarana bilər. Ona görə də bu məhsuldan uşaqların qidalanmasında istifadə olunmur", - deyə mütəxəssis izah edib.

Həkim qeyd edib ki, bal 1 yaşından balaca uşaqlara verilməməlidir, bəzi tövsiyələrə görə isə hətta üç yaşına qədər baldan imtina etmək lazımdır.

Üstəlik, polendən əlavə, balın tərkibində botulizm bakteriyalarının sporları ola bilər. Belə bir məhsulun dadı və qoxusu dəyişməyə bilər. Bu bakteriya böyüklər üçün zərərli olmasa da, uşaqlar üçün təhlükəlidir.