Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzza zolağında aclıq təhlükəsinin hər gün artdığını bildirib.

Foodinfo.az xəbər verir ki, o, Qəzzadan olan ÜST əməkdaşlarının hesabatlarına istinadən müvafiq bəyanatla çıxış edib.

“Yerdəki komandalarımız tibb işçiləri və gündə yalnız bir dəfə yemək alan xəstələr üçün ərzaq çatışmazlığının getdikcə artdığını bildirir. Davamlı döyüşlər və məhdud humanitar yardım şəraitində aclıq riski yüksəkdir və hər gün artır”, - deyə o, bildirib.

Tedros əlavə edib ki, təşkilatın danışdığı insanlar “yemək və ya su istəyirlər”.

Fərid