“Roskaçestvo”nun rəhbəri Maksim Protasov bildirib ki, altı ay ərzində vegetarian məhsulları üçün Dövlət Standarttının yaradılması planlaşdırılır. Daha sonra vegan etiketi üçün sertifikatlaşdırma işə salınacaq.
“Rossiyskaya qazeta”ya müsahibəsində Protasov deyib ki, iki əsas beynəlxalq vegetarian sertifikatlaşdırma sistemi var ki, orada Rusiya vegetarian məhsulları istehsalçıları da sınaqdan keçirilib, lakin bu sistemlərin hər ikisi Rusiyanı tərk edib.
Onun sözlərinə görə, buna görə də “Roskaçestvo” bazasında vegetarian məhsulların Rusiya sertifikatlaşdırma sistemi yaradılacaq.